Bakıda bir məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası nəzərdə tutulur

Bakıda bir məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası nəzərdə tutulur
# 29 dekabr 2020 12:22 (UTC +04:00)

2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.

İdarədən APA-ya verilən məlumata görə, zəruri ehtiyac olan ərazidə 1 yeni məktəbin (Hövsan qəsəbəsi) tikintisi tamamlanıb.

Ehtiyac olan 1 məktəbin tam olaraq və 2 məktəbin isə tədris korpuslarının əsaslı təmiri işləri həyata keçirilib, 117 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

Hazırda ehtiyac olan ərazilərdə 6 yeni məktəbin və 2 məktəb üçün əlavə tədris korpuslarının tikintisi davam edir.

Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 1 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR