“Bakıda bu gün sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir” – RƏSMİ - FOTO

“Bakıda bu gün sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir” – RƏSMİ - FOTO
# 16 sentyabr 2020 23:26 (UTC +04:00)

”Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-nın hadisə yerində olan əməkdaşına verdiyi açıqlamada bildirib.

BNA sözçüsü qeyd edib ki, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsi ilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.

Avtobus depoya yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR