Bakıda daha bir yolda xüsusi hərəkət zolağı təşkil olunub - FOTO

Bakıda daha bir yolda xüsusi hərəkət zolağı təşkil olunub - FOTO
# 06 fevral 2021 14:05 (UTC +04:00)

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub: "Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni səhər saat 17:00-dan axşam saat 20:00-dək yol nişanının tələbinə əməl etsinlər”.

Məlumat üçün qeyd edək ki, avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR