Bakıda dumanlı hava sabahadək davam edəcək

Bakıda dumanlı hava sabahadək davam edəcək
  • Clock-gray 10:07
  • calendar-gray 18 Mart 2021

"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur".

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün  ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".

Əsmər Qabil

Digər xəbərlər