Bakıda hava şəraiti ilə əlaqədar 71 nəfər yıxılaraq xəsarət alıb - YENİLƏNİB

Bakıda hava şəraiti ilə əlaqədar 71 nəfər yıxılaraq xəsarət alıb - YENİLƏNİB
  • Clock-gray 13:10
  • calendar-gray 25 Fevral 2021

Fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər (38kişi, 33 qadın)  hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

***

09:05

Bakıda fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, onlardan 35-i kişi, 29 qadındır. 

Xəsarət alanlardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Əsmər Qabil

Digər xəbərlər