Bakıda iki tələbənin vəziyyəti pisləşib - YENİLƏNİB

Bakıda iki tələbənin vəziyyəti pisləşib - YENİLƏNİB
# 03 dekabr 2019 12:18 (UTC +04:00)

"Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir".

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib: "Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir".

***

11:01

Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin vəziyyəti pisləşib.

APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə(Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR