Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb
# 29 yanvar 2020 12:34 (UTC +04:00)

Bakıda Şabran sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovdan “Minta-37” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR