Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir
# 31 mart 2021 10:32 (UTC +04:00)

Bakının rayonları üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

APA "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.9 faiz, Xətaidə 13.3 faiz, Yasamalda 12.3 faiz, Sabunçuda 10.7 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.9 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR