Bakıda liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri bəlli olub

Bakıda liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri bəlli olub
# 03 sentyabr 2020 11:25 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

İdarədən APA-ya verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird müvəffəq olub. Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.

Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib. Həmçinin müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR