Bakıda maşın, Cəlilabad və Ağsuda ev yanıb

Bakıda maşın, Cəlilabad və Ağsuda ev yanıb
# 21 fevral 2020 19:13 (UTC +04:00)

Bakının Xətai rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Bundan əlavə, Cəlilabad rayonunun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər bir hadisə isə Ağsu rayonunda qeydə alınıb. Rayonun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR