Bakıda məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım huşunu itirərək yıxılıb

Bakıda məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım huşunu itirərək yıxılıb
  • Clock-gray 17:41
  • calendar-gray 16 Sentyabr 2020

Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və o, şəhər klinik xəstəxanasına çatdırılıb:

"O, ilkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".

Günay Elşadqızı

Digər xəbərlər