Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaqlarda da sərnişin mindirib-düşürmək tapşırılıb

Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaqlarda da sərnişin mindirib-düşürmək tapşırılıb
# 24 fevral 2021 10:22 (UTC +04:00)

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR