Bakıda şagird sayı çox olan məktəblər üçün avtobuslar təşkil olunacaq

Bakıda şagird sayı çox olan məktəblər üçün avtobuslar təşkil olunacaq
# 27 yanvar 2020 11:31 (UTC +04:00)

"Valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlamışıq".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, BNA və Təhsil Nazirliyinin birgə işçi qrupu bununla əlaqədar iş aparır: "Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Birinci mərhələdə bu, bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR