Bakıda ticarət mərkəzinin qarşısında yaşlı kişini avtomobil vurub

Bakıda ticarət mərkəzinin qarşısında yaşlı kişini avtomobil vurub
# 19 yanvar 2020 02:12 (UTC +04:00)

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binə ticarət mərkəzinin qarşısında baş verib.

1958-ci il təvəllüdlü Mahmudov Elbəy Səfər oğlu ticarət mərkəzindən çıxıb əks istiqamətə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR