Bakıda təmir işləri ilə əlaqədar iki prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakıda təmir işləri ilə əlaqədar iki prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 08 yanvar 2021 16:44 (UTC +04:00)

Yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

AAYDA-dan APA-ya bildirilib ki, alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR