Bakıda və Abşeronda havada toz dumanı müşahidə edilir

Bakıda və Abşeronda havada toz dumanı müşahidə edilir
  • Clock-gray 13:07
  • calendar-gray 07 Sentyabr 2020

7 sentyabr 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının havasında toz dumanı müşahidə edilir. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, peyk müşahidələrinə əsasən, transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.

Günay Elşadqızı

Digər xəbərlər