Bakıda və Abşeronda küləyin sürəti mülayimləşib - FAKTİKİ HAVA

Bakıda və Abşeronda küləyin sürəti mülayimləşib - FAKTİKİ HAVA
  • Clock-gray 20:30
  • calendar-gray 24 Fevral 2021

Milli Hidrometeorologiya Xidməti saat 20:00-a olan son hava haqqında məlumatı açıqlayıb.

APA xəbər verir ki, qurumun məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Kişçay (Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Ağsu, Mingəçevir,  Şəmkir, Göyçay, Lənkəran, Yevlax, Sabirabada qar yağmaqda davam edir.

Şimal-qərb küləyi Bakıda 8-10 m/s, Abşeronda 16-20 m/s-dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrdir.

apa-logo-mini

Digər xəbərlər