Bakının 5 rayonu, Sumqayıt və Abşeron üzrə pensiya ödənişləri həyata keçirilib

Bakının 5 rayonu, Sumqayıt və Abşeron üzrə pensiya ödənişləri həyata keçirilib
# 08 aprel 2020 16:53 (UTC +04:00)

Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiya ödənişləri artıq həyata keçirilib. Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (197216 nəfər) bank hesablarına köçürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, sabah Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiyalar ödəniləcək. Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə isə ayın 10-da ödənilməsi nəzərdə tutulur.

Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq.

Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR