Bakının Abbasqulu Abbaszadə küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının Abbasqulu Abbaszadə küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Clock-gray 18:12
  • calendar-gray 05 Dekabr 2019

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq: "Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir".

 

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date