Bakının Baş Planının yekun layihəsi ilin sonunadək Nazirlər Kabinetinə təqdim ediləcək

Bakının Baş Planının yekun layihəsi ilin sonunadək Nazirlər Kabinetinə təqdim ediləcək
# 21 fevral 2020 16:21 (UTC +04:00)

"Bu gün təqdim edilən yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazanın yaranması, məlumat mübadiləsi şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək".

APA xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev deyib. Onun sözlərinə görə, hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb: "Həmin komissiyada da ETSN ilə əməkdaşlıq edilir. Baş Planla bağlı qeyd etmək lazımdır ki, iş artıq ikinci mərhələdədir. Birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb. Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir".

R.Babayev vurğulayıb ki, ikinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanmaqdadır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək: "Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir. Bu gün ETSN tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR