Bakının Binəqədi rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Bakının Binəqədi rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
# 04 iyun 2020 09:01 (UTC +04:00)

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

APA-nın məlumatına görə, iyunun 3-də Binəqədi RPİ 6-cı PB və Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Biləcəri qəsəbəsi, Binəqədi şosesi ilə A.Zeynallı küçəsinin kəsişməsində fəaliyyət göstərən “Kəndimiz” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Sahib Məmmədov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR