Bakının Mikayıl Useynov prospektində avtobuslar üçün yeni hərəkət zolağı yaradılıb

Bakının Mikayıl Useynov prospektində avtobuslar üçün yeni hərəkət zolağı yaradılıb
# 17 dekabr 2020 17:02 (UTC +04:00)

Bakının Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub.

Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni səhər saat 07:00-dan axşam saat 20:00-dək yol nişanının tələbinə əməl etsinlər.

Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk deyə qurumun məlumatında qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR