Bakının bəzi yerlərində hiss olunan qoxunun Böyük Şor gölündən yayıldığı ehtimal edilir - RƏSMİ

Bakının bəzi yerlərində hiss olunan qoxunun Böyük Şor gölündən yayıldığı ehtimal edilir - RƏSMİ
# 06 iyul 2020 23:36 (UTC +04:00)

“Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”.

***

22:43

Bakının bəzi ərazilərində kəskin qoxu hiss olunur.

APA-nın məlumatına görə, bu barədə sosial şəbəkədə də axşam saatlarından geniş müzakirələr gedir. Qoxunun daha çox 3, 7, 8, 9-cu mikrorayonlarda, Dərnəgül ətrafında, Nərimanov və Xətai rayonlarında hiss olunduğu qeyd edilir.

Qeyd edək ki, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR