Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılır

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılır
  • Clock-gray 16:35
  • calendar-gray 09 Mart 2021

Martın 10-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə AAYDA-dan bildirilib.

 

apa-logo-mini

Digər xəbərlər