Bakının əsas yollarında sürət həddi aşağı salınıb

Bakının əsas yollarında sürət həddi aşağı salınıb
# 04 dekabr 2019 23:25 (UTC +04:00)

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR