Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub - YENİLƏNİB

Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub - YENİLƏNİB
# 30 iyul 2020 19:53 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

APA-nın xəbərinə görə, dövlət başçısına binada yaradılan şərait barədə məlumat verildi.

Qeyd olundu ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR