Baronessa Emma Bakıda autizm sindromlu uşaqlarla görüşüb

Baronessa Emma Bakıda autizm sindromlu uşaqlarla görüşüb
# 27 fevral 2020 17:40 (UTC +04:00)

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Birgə və Sağlam İctimai Birliyi Autizm Mərkəzində olub.

APA-nın məlumatına görə, B. Nikolson mərkəzdə təhsil alan autizm sindromlu uşaqların dərslərini izləyib, autizm sindromlu uşaqlardan ibarət xor qrupunun ifasına qulaq asıb.

B. Nikolsan uşaqlarla birlikdə Azərbaycanın milli mahnılarını səsləndirib.

Daha sonra B. Nikolsan autizm spektr pozuntusu olan uşaqların fəaliyyət göstərdiyi kafedə olub.

B. Nikolsun mərkəzlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: “Hər bir ölkədə müəyyən sayda uşaq autizm sindromu ilə doğulur və yaxud autizm diaqnozu qoyulur. Bizim hər birimiz autizmlə doğulan uşağa görə təəssüf hissi keçiririk. Amma çox az qismimiz autizmlə bağlı iş görürük. Ona görə də həqiqətən də bu mərkəzin fəaliyyəti məni çox sevindirdi. Üstəlik də bu mərkəz dövlət müəssisəsi deyil. Belə mərkəzin fəaliyyət göstərməsi üçün maliyyə qaynaqlarının tapılması çox çətindir. Həqiqətən sevindiricidir ki, bu mərkəz bunu bacarır”.

B. Nikolson qeyd edib ki, bir çox ölkədə olan autizm mərkəzlərində olsa da, bu resurslarla bu cür yaxşı səviyyədə fəaliyyət göstərən mərkəz görməyib: “Bu mərkəzdə olan uşaqlar çox bacarıqlı və istedadlıdırlar. Ona görə də mərkəzin rəhbəri Aytən Eynalovanı, bu mərkəzin işçilərini bu möhtəşəm iş üçün təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR