Baş Prokurorluq: İctimai köməkçilərə gələcəkdə vəsiqə verilə bilər

Baş Prokurorluq: İctimai köməkçilərə gələcəkdə vəsiqə verilə bilər
# 21 avqust 2020 09:49 (UTC +04:00)

Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda Prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: “Lakin bu məsələyə gələcəkdə baxıla bilər”.

Qeyd edək ki, Baş Prokurorluğun “Instagram” səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.

Vətəndaşlar onlayn sessiyaya qoşularaq prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı suallar verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR