Baş Prokurorluq “YAŞAT” Fonduna 500 min manat köçürüb

Baş Prokurorluq  “YAŞAT” Fonduna 500 min manat köçürüb
# 14 dekabr 2020 10:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna ianə verilməsi qərarına gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR