Baş endokrinoloq: "Şəkərli diabet xəstələri mütləq COVID-19 peyvəndi vurdurmalıdır"

Baş endokrinoloq: "Şəkərli diabet xəstələri mütləq COVID-19 peyvəndi vurdurmalıdır"
  • Clock-gray 11:33
  • calendar-gray 09 Mart 2021

"Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir".

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.

Onun sözlərinə görə, qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır: "Bu səbəbdən COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir. Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır".

Əsmər Qabil

Digər xəbərlər