Baş həkim: "Məktəbdə infeksion xəstəlik aşkarlanarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur"

Baş həkim: "Məktəbdə infeksion xəstəlik aşkarlanarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur"
  • Clock-gray 12:11
  • calendar-gray 15 Mart 2021

“Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha cox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib. O bildirib ki, dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalı, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır:

“Təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsulla aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqları, partalar, pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələrarası cari dezinfeksiya işləri də aparılmalıdır”.

Baş həkim qeyd edib ki, bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyəmizə təmas etsə, ziyanı ola bilər:

“Əldə, dəridə qaşınma, qızartı, gözdə göynəmə hissi yarana bilər.

Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçün də öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır”.

Əsmər Qabil

Digər xəbərlər