Baş həkimin müavini: ““103” Çağrı Mərkəzinə gündəlik müraciətlərin sayı 10 mini ötür”

Baş həkimin müavini: ““103” Çağrı Mərkəzinə gündəlik müraciətlərin sayı 10 mini ötür”
# 01 aprel 2021 15:12 (UTC +04:00)

“Koronavirus pandemiyası dövrü başlayandan indiyə qədər təcili tibbi yardım ön cəbhədədir”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib.

Onun sözlərinə görə, pandemiya başlayan gündən təcili tibbi yardım öz imkanları hesabına hətta dalğanın güclü vaxtında istirahətsiz fəaliyyət göstərib: “Təcili tibbi yardım əməkdaşları arasında da yoluxmalar da oldu, çox təəssüf ki, dünyasını dəyişən tibb işçiləri də olub. Adi günlərdə təcili tibbi yardıma 1500-1600 müraciət olurdu. Amma yoluxma sayı artanda, qeyri-iş günlərində müraciətlərdə xeyli artım müşahidə edilib. Bayram günləri icra edilən çağırışların sayı 2500-ə çatıb, “103” Çağrı Mərkəzinə olan çağırışların sayı isə daha çoxdur. Elə günlər olur ki, Çağrı Mərkəzinə olan müraciətlərin sayı 10 mini ötür. Təcili yardım ödənişsiz xidmətdir, çünki dövlətə aid səhiyyə sistemidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR