Baş həkimin müavini: "Narazılıqların əksəriyyəti yüngül xəstəliklər üçün çağırışlarla əlaqəlidir"

Baş həkimin müavini: "Narazılıqların əksəriyyəti yüngül xəstəliklər üçün çağırışlarla əlaqəlidir"
# 01 aprel 2021 15:26 (UTC +04:00)

“Son dövrlər pandemiyanın olması o demək deyil ki, təcili yardıma ancaq bununla bağlı müraciət olur. Bütün çağırışlar qəbul olunur və çeşidlənmə aparılır".

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib. Onun sözlərinə görə, ilk olaraq bədbəxt hadisələr, yol nəqliyyat hadisələri və daha yüngül xəstəliklərlə bağlı çeşidlənmə olur.

N.Fərzəliyeva təcili yardımla bağlı olan şikayətlərə də münasibət bildirib: “Bəzən hətta poliklinikalara olmalı müraciətlər də təcili yardıma edilir. Təcili yardım daha çox ağır xəstələrə xidmət göstərir. Koronavirusla bağlı da əgər hərarət yüksəkdirsə, çağırışı qəbul edib, müayinə materialı götürürlər. Yüngül simptomlar varsa, mütləq birinci poliklinikalara müraciət etməlidilər. Narazılıqların əskəriyyəti də yüngül xəstəliklər üçün olan çağırışlarda olur. Xətt məşğul olarsa, bəzi ağır xəstələr də təcili yardıma müraciət edə bilmirlər. İcra edilən çağırışların sayı 2500-dürsə, çağrı mərkəzinə gələn zənglərin sayı 10 min olur, bir adam bir neçə dəfə zəng vurur. Bu da başqa adamların müraciətini çətinləşdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR