Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb

Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb
# 11 fevral 2021 16:10 (UTC +04:00)

“Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19 mövzusunda” çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir: “Sadəcə vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə xəstəliyi kçeirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər”.

Baş infeksionist bildirb ki, 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Onun sözlərinə görə, bu cür şəxslər peyvəndləmə sırasında axrıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən inanlar qrupu var ki, onlar peyvənd olunmalıdır: “Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR