Baş infeksionist: "Vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur"

Baş infeksionist: "Vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur"
# 17 mart 2021 15:05 (UTC +04:00)

“AstraZeneca peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

O bildirib ki, bunun peyvəndlə bağlı olub-olmaması tam bilinmir: “Ölkələr özünü sığortalamaq üçün peyvəndi dayandırır”.

Onun sözlərinə görə, vaksinlər müxtəlifdir və hər istehsalçı insanı peyvəndin qoruma müddətini fərqli deyir: “Vaksinlərin təsirinin yarım ildən çox olması düşünülür. Amma bununla bağlı da tam məlumat yoxdur”.

İnfeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur: “Amma hər bir şəxs özü haqqında məlumat almaq üçün analiz verə, özünü yoxlatdıra bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR