Baş nazir Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bina ilə təminatı üçün tapşırıq verib

Baş nazir Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bina ilə təminatı üçün tapşırıq verib
# 22 fevral 2021 17:25 (UTC +04:00)

Baş nazir Əli Əsədov “Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

- Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı təkliflərini;

- maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR