Baş nazir: "Zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10,3 mindən çox obyektə baxış keçirilib"

Baş nazir: "Zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10,3 mindən çox obyektə baxış keçirilib"
# 07 yanvar 2021 12:28 (UTC +04:00)

“Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər vurulub”.

APA-nın xəbərinə görə, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Sizin 6 noyabr tarixli Sərəncamınız olub:

“Sərəncamınızla Siz Dövlət Komissiyası yaratdınız və ona müvafiq konkret tapşırıqlar verdiniz. Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının gördüyü işlər barədə qısa məlumat vermək istərdim. Sərəncamla verilən tapşırıqların icrası ilə əlaqədar dərhal İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılıb. İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunmuşdur. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilib və qiymətləndirmə aparılıb. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib edilib və təqdim olunub. Ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. Yaxın günlərdə bu işlər başa çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR