Baş nazir Əli Əsədovla qazaxıstanlı həmkarı arasında telefon danışığı olub

Baş nazir Əli Əsədovla qazaxıstanlı həmkarı arasında telefon danışığı olub
# 19 mart 2021 16:11 (UTC +04:00)

Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Baş nazir Askar Mamin arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, söhbət zamanı Askar Mamin həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR