Baş prokurorun müavini Neftçalada vətəndaşları qəbul edəcək

Baş prokurorun müavini Neftçalada vətəndaşları qəbul edəcək
  • Clock-gray 14:50
  • calendar-gray 27 Fevral 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov bu il martın 6-da saat 10:00-da Neftçala rayon Prokurorluğunun inzibati binasında Neftçala və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid  olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date