Belarusdan idxal edilən dondurulmuş toyuq ətində salmonella aşkar edilib

Belarusdan idxal edilən dondurulmuş toyuq ətində salmonella aşkar edilib
  • Clock-gray 11:04
  • calendar-gray 15 Mart 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.​ Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Günay Elşadqızı

Digər xəbərlər