Beyləqanda traktor ağaca çırpılıb, sürücü ölüb

Beyləqanda traktor ağaca çırpılıb, sürücü ölüb
# 18 noyabr 2020 14:10 (UTC +04:00)

Beyləqanda qəza törədən traktor sürücüsü ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Xaçınabad kəndi ərazisində Ağdam rayon sakini Fehruz Abdullayev idarə etdiyi traktoru ağaca vurub. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR