Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının Katibliyi yaradılacaq

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının Katibliyi yaradılacaq
  • Clock-gray 18:43
  • calendar-gray 19 Mart 2021

2021-ci il 18 mart tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının videokonfrans formatında iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas zamanı ölkəmizə gətirilən humanitar yardımların qəbulu, təyinatı üzrə paylanılması, uçotu, nəzarətin həyata keçirilməsi və bunlarla bağlı digər işlərin təşkil edilməsinə dair bir sıra məsələlər müzakirə edilib.

İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılıb və iclasın yekunu olaraq Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni Əsasnamə layihəsinin qəbulu və Katibliyinin yaradılması istiqamətində işlərin sürətli davam etdirilməsi qərara alınıb.

 

Firuzə Vahid

Digər xəbərlər