Binəqədidə bir küçədə hərəkət qısa müddətlik məhdudlaşdırılacaq

Binəqədidə bir küçədə hərəkət qısa müddətlik məhdudlaşdırılacaq
# 13 yanvar 2021 12:52 (UTC +04:00)

Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə APA-ya AAYDA-dan məlumat verilib.

"Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir",-deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR