Binəqədidə qanunsuz fəaliyyət göstərən iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Binəqədidə qanunsuz fəaliyyət göstərən iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
  • Clock-gray 16:43
  • calendar-gray 26 Fevral 2020

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus un və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.

Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.

Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date