Bir sıra dövlət qurumlarına narkotik vasitələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək tapşırılıb

Bir sıra dövlət qurumlarına narkotik vasitələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək tapşırılıb
# 25 dekabr 2020 13:09 (UTC +04:00)

Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na yeni yarımbənd əlavə edilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi, digər aidiyyəti dövlət orqanlarına (qurumları) mütəmadi narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdəmexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR