Bir sıra qurumlara xüsusi vəziyyətlərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi tapşırılıb

Bir sıra qurumlara xüsusi vəziyyətlərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi tapşırılıb
# 27 noyabr 2020 15:59 (UTC +04:00)

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-2022-ci illərdə xüsusi vəziyyətlərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmlərin müəyyən olunması tapşırığı verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyə Planına əsasən, həmin qurumlar 2021-2022-ci illərdə fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmləri müəyyənləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR