Bir sıra qurumların əməkdaşlarının hərəkətinə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçdikdən sonra yol veriləcək

Bir sıra qurumların əməkdaşlarının hərəkətinə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçdikdən sonra yol veriləcək
# 08 dekabr 2020 15:43 (UTC +04:00)

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə əməkdaşları “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələr məlum olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, həmin müəsisələr aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

8. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

9. Azərbaycan Respublikasının Energetika Nazirliyi

10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

12. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 14. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 15. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

16. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 17. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

18. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 19. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

20. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

21. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

22. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

23. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

24. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları 28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

29. Dənizkənarı Bulvar İdarəsi 30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

31. Azərbaycan Respublikasının Hesablama Palatası 32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

33. Əmanətlərin Sığortalanması Fondu

34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti 36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilat

37. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

38. “Azəriqaz” İstehsalat Birliyi

39. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

40. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

41. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

42. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

43. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

44. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

45. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

46. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

47. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

48. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

49. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

50. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

51. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

52. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

53. Bakı Nəqliyyat Agentliyi 54. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

55. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

56. Dövlət Dəniz Agentliyi

57. Dövlət Mülki Aviasiya Agentliyi

58. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

59. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

60. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

61. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

62. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

63. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

64. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi

65. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

66. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

67. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

68. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

69. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin əməkdaşları

70. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR