Birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq

Birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq
# 17 noyabr 2020 18:46 (UTC +04:00)

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR