Birillik ictimai iş yerləri 95% işçi ilə təmin olunub

Birillik ictimai iş yerləri 95% işçi ilə təmin olunub
# 14 iyul 2020 11:06 (UTC +04:00)

190 manatlıq sosial təminat almayan vətəndaşların maddi rifahının yaxşılaşdırıması məqsədi ilə əlavə ictimai iş yerləri yaradılıb. İlin əvvəli yaradılmış 1 illik müddəti əhatə edən 38 min iş yerinə əlavə olaraq 2 aylıq müddətə nəzərdə tutulmuş 52 min ictimai iş yeri yaradılıb.

APA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışında bildirilib.

Qeyd edilib ki, cəmi 90 min iş ictimai iş yeri təklif olunmaqdadır. Minimum əmək haqqı 250 manat məbləğindədir. Birillik ictimai iş yerləri 95 % tam işçilər təmin olunub.

Əmək müqaviləsi ilə qeydə alınaraq sosial sığortası ödənilir və pensiya təminatı yaranır. 2 aylıq ictimai iş yerlərində isə təmin olunma səviyyəsi 50 faiz olmaqla 25000 vakansiya mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR