Birinci vitse-prezident Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib
# 31 dekabr 2020 13:52 (UTC +04:00)

Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyevan dünya azərbaycanlılarını təbrik edib.

APA bildirir ki, Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edilib. Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR